Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çəçivəsində “Erkən və qohum nikahlarının fəsadları” başlıqlı debat keçirilmişdir

24 iyul 2025 | 15:16
“Konstitusiya və Suverenlik İli” çəçivəsində “Erkən və qohum nikahlarının fəsadları” başlıqlı debat keçirilmişdir.
24.07.2025-ci il tarixdə Beyləqan rayonu ərazisi, 500 ailəlik Xocavənd qəsəbəsi Rayon İcra Hakimiyyətinin iclas zalında “Konstitusiya və Suverenlik İli” çəçivəsində Xocavənd Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman idarəsi Xocavənd rayonu üzrə Gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Erkən və qohum nikahlarının fəsadları” başlıqlı debat keçirilmişdir. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nicat Şirinov bildirmişdir ki, erkən nikahlar, xüsusilə də qohum nikahları, təkcə fərdi səviyyədə deyil, bütövlükdə cəmiyyətin sosial, psixoloji və sağlamlıq vəziyyətinə ciddi təsir göstərir. Bu məsələlər bir çox sahədə təhsildə, iqtisadiyyatda, sağlamlıqda və hüquqda böyük fəsadlara yol açır. Natiq qeyd etmişdir ki, erkən nikahın ən ciddi fəsadlarından biri də sağlamlıq problemləridir. Gənc qadınlar xüsusilə 18 yaşdan əvvəl, onların orqanizmlərinin hələ tam şəkildə inkişaf etməməsi səbəbindən daha çox risq daşıyır. Psixoloji və emosional travmalar da erkən nikahların digər böyük fəsadlarıdır. Gənc yaşda evlənən şəxslər, yetkinlik yaşına çatmadan böyük bir məsuliyyət daşımağa başlayır və bu da onların depressiya, stress problemləri yaşamasına səbəb olur. Qarabağ Regional Gənclər və İdman idarəsi Xocavənd rayonu üzrə Gənclər və idman sektorunun baş məsləhətçisi Şaiq Hüseynov qeyd etmişdir ki, qohum nikahları çox vaxt genetik xəstəliklər və digər sağlamlıq problemlərinin artmasına səbəb olur. Genetik olaraq bir-birinə yaxın olan iki şəxsin evliliyi, gizli genetik xəstəliklərin ortaya çıxma ehtimalını artırır. Şaiq Hüseynov həmçinin bildirmişdir ki, erkən və qohum nikahlarının qarşısını almaq üçün mütəmadi olaraq maarifləndirmə tədbirləri təşkil edilməlidir. Bu tədbirlər əsasən orta məktəblərdə həyata keçirilməlidir. Gənclər, xüsusilə qızlar, hüquqları və təhsil imkanları barədə məlumatlandırılmalıdır.
Debatda digər çıxışçılar erkən nikahın və qohum evliliyinin yaratdığı fəsadların sosial cəhətdən həssas əhali qrupunun artmasına səbəb olduğunu, erkən nikahların xüsusilə qızların sağlamlıq vəziyyətinə və təhsildən yayınmasına, qohumlar arasında bağlanan nikahların isə müxtəlif növ xəstəliklərin geniş surətdə yayılmasına birbaşa təsir göstərdiyini vurğulayıblar.
Keçidlər