“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev – Azərbaycan Konstitusiyasının memarıdır” mövzusunda dəyirmi masa keçirilib
14 noyabr 2025 | 15:56
“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev – Azərbaycan Konstitusiyasının memarıdır” mövzusunda dəyirmi masa keçirilib.
14 noyabr 2025-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev – Azərbaycan Konstitusiyasının memarıdır” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dəyirmi masanı giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva ölkəmizin müstəqilliyinin, suverenliyinin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib. O, Azərbaycan Konstitusiyasının hüquqi dövlət quruculuğunun əsasını təşkil etdiyini və ölkənin inkişaf strategiyasının müəyyənləşdirilməsində mühüm rol oynadığını vurğulayıb. Daha sonra Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Asim Rüstəm tərəfindən hazırlanmış slayd təqdimatı nümayiş etdirilib. Təqdimatda Konstitusiyanın yaranma tarixi, dövlət idarəçiliyi sisteminin formalaşmasındakı rolu, respublikamızın keçdiyi inkişaf yolu və gələcək perspektivlər barədə geniş məlumat təqdim olunub. Tədbir iştirakçıları Konstitusiya dəyərlərinin təbliği, hüquqi maarifləndirmənin artırılması və dövlət suverenliyinin qorunması istiqamətində fikir və təkliflərini səsləndiriblər.
Sonda qeyd olunub ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Xocavənd rayonunda maarifləndirici tədbirlər ardıcıl şəkildə davam etdiriləcək.






