Şriftin ölçüsü :

Saytın rəngi :

"Konstitusiya və Suverenlik ili" çərçivəsində "Müstəqilliyin bərpası-Dövlətçiliyimizin şanlı tarixidir" mövzusunda konsert keçirilib

17 oktyabr 2025 | 14:17
 "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Müstəqilliyin bərpası-Dövlətçiliyimizin şanlı tarixidir" mövzusunda konsert keçirilib.
  17 oktyabr 2025-ci il tarixdə Rayon Mədəniyyət evində "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Müstəqilliyin bərpası-Dövlətçiliyimizin şanlı tarixidir" adlı konsert keçirilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak etmişlər.Tədbirdə qeyd olunub ki, 1991-ci ilin 18 oktyabrında qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan xalqı öz tarixi iradəsini ortaya qoyaraq sovet imperiyasının tərkibindən çıxıb. Bu qərar sadəcə siyasi bir akt deyil, yüzillərlə davam edən milli-azadlıq mübarizəsinin nəticəsi və milli kimliyin təntənəsidir. Müstəqilliyin bərpası Azərbaycan xalqı üçün sadəcə dövlət rəmzi yox, həm də ölkənin suverenliyi və ərazi bütövlüyü uğrundan canlarından keçmiş şəhidlərin qanı, milyonlarla azərbaycanlının inamı ilə yoğrulmuş müqəddəs dəyərdir. Konsert proqramında vətənpərvərlik mövzusunda musiqilər səslənmişdir.
Keçidlər