Şriftin ölçüsü :

Saytın rəngi :

"Konstitusiya və Suverenlik İli" çərçivəsində yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə Xocavənd rayon turniri keçirilib

18 noyabr 2025 | 09:15
"Konstitusiya və Suverenlik İli" çərçivəsində yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə Xocavənd rayon turniri keçirilib.
17 noyabr 2025-ci il tarixdə Beyləqan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə Xocavənd rayon turniri keçirilib. Turnirdə Xocavənd, Beyləqan və Füzuli rayon idmançıları iştirak edib.
Yeniyetmələri idmana cəlb etmək və güləşçilərin ustalığını artırmaq, müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə qalibləri müəyyənləşdirmək, perspektivli idmançıları aşkar etmək məqsədi ilə keçirilən yarışda 68 idmançı iştirak etmişdir.
Turnirin sonunda qaliblər diplomlarla təltif olunmuşlar.
Keçidlər