Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş bilik yarışı keçirilmişdir

25 aprel 2025 | 14:23
“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş bilik yarışı keçirilmişdir.
Uşaq Səfirlər Məclisinin Xocavənd rayonu üzrə nümayəndələri Namazlı Elmir və Şirinzadə Aysunun birgə təşəbbüsü, Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xocavənd rayon 4 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş bilik yarışı keçirilmişdir. Yarış zamanı şagirdlər komandalar şəklində çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyası, dövlətçilik tarixi və suverenlik anlayışı ilə bağlı biliklərini nümayiş etdirdilər. Tədbirin məqsədi şagirdlərdə hüquqi maarifləndirməni artırmaq və onların vətənpərvərlik ruhunu gücləndirməkdir. Yarışda qalib komandaya təşəkkürnamə təqdim edilmişdir.
Keçidlər