Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllülər Xocavənd Rayon İcra Hakimiyyətinin şöbələri ilə tanış edilib və Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşüblər.

02 avqust 2024 | 16:19
  Könüllülər Xocavənd Rayon İcra Hakimiyyətinin şöbələri ilə tanış edilib və Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşüblər.
  Gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məqsədilə təşkil edilən könüllülük hərəkatı çərçivəsində Xocavənd Rayon İcra Hakimiyyətində fəaliyyətə başlayan könüllülər Xocavənd Rayon İcra Hakimiyyətinin şöbələri ilə tanış ediliblər. Başçının müavini Əfsanə Quliyeva könüllüləri Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası və şöbələrlə tanış etdi və onlara İcra Hakimiyyəti haqqında ətraflı məlumat verdi. Sonra gənclər Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşüblər. Görüşdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov dövlətin həyata keçirdiyi gənclər siyasətindən, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Ümummilli lider Heydər Əliyevin “Gənclər bizim gələcəyimizdir” fikrini xatırladan başçı hökümətin gənclərin inkişafı, özlərini təsdiq etməsi və dövlət strukturlarında çalışması üçün hər bir şəraiti yaratdığını qeyd edib.Könüllülərin İcra Hakimiyyətində böyük təcrübə və səriştə qazanacaqlarına əminliyini ifadə edən Eyvaz Hüseynov bu təcrübələrin onların əmək fəaliyyətləri dövründə çox böyük əhəmiyyət daşıyacağına inandığını qeyd edib.
  İlkin tanışlıqdan sonra könüllülər peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürüldülər.
Keçidlər