Könüllülərlə görüş keçirilib.
08 sentyabr 2025 | 10:28
Könüllülərlə görüş keçirilib.
Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə cəlb olunmuş gənclərlə görüş keçirilmişdir. Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ölkəmizdə könüllülük hərəkatının sürətlə inkişaf etdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə diqqət, qayğı və dəstək göstərdiyini, bunun nəticəsində könüllülük hərəkatının yüksək inkişaf səviyyəsinə çatdığını, gənclər üçün yeni fürsətlər yaratdığını söyləyib. Gənc nəslə daim qayğı ilə yanaşan Ümummilli Liderimiz Heydər Əliyev onların hərtərəfli inkişafı, bacarıqlarının reallaşdırılması, gənclər siyasətinin institutlaşdırılması, həmçinin sosial və iqtisadi problemlərinin həlli istiqamətində tarixi addımlar atıb. Bildirilib ki, könüllü fəaliyyət, digərlərinə yardımçı olmaq, ümumi işə töhfə vermək Azərbaycan gənclərinin nəcibliyinin göstəricisidir. Eləcə də könüllülük gənclərin fərdi inkişafına və sosial məsuliyyət hissinin yüksəlməsinə kömək edir. Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlərdə könüllülərin iştirakının ölkəmizdə könüllülük hərəkatının inkişafına təkan verdiyini deyən Eyvaz Hüseynov gənclərə azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda yetişmələrini, dövlətimizin onların hərtərəfli inkişafı, potensiallarının üzə çıxarılması, ictimai-siyasi həyatda rollarının artırılması üçün yaratdığı imkanlardan faydalanmağı tövsiyə edib.
Tədbirin yekununda könüllülük fəaliyyətin başa vuran Arzu Balakişiyevaya sertifikat təqdim olunub.






