Korporativ Təlim Proqramlarının təşkili ilə bağlı maarifləndirici tədbir keçirildi
21 avqust 2025 | 10:59
Korporativ Təlim Proqramlarının təşkili ilə bağlı maarifləndirici tədbir keçirildi
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası - AƏSMA-nın təşəbbüsü ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatlarının həmkar üzvləri üçün nəzərdə tutulan korporativ təlim proqramları barədə geniş maarifləndirici tədbir təşkil olundu.
Tədbirin məqsədi üzvləri təlimlərin mahiyyəti, məqsədi və əhəmiyyəti barədə məlumatlandırmaq idi. İştirakçılara bildirildi ki, bu təlimlər həmkarlar ittifaqı üzvlərinin nəzəri və praktiki biliklərinin artırılması, onların təşkilati və hüquqi imkanlarının gücləndirilməsi istiqamətində mühüm rol oynayacaq.
Təlimlərin üstünlükləri:
* Peşəkar və təcrübəli təlimçilər tərəfindən keçirilməsi;
* Müasir tədris metodlarının tətbiqi;
* Həm onlayn, həm də əyani formada təşkil olunması;
* İştirakçılar üçün təcrübə mübadiləsi imkanı;
* Təlimi uğurla başa vuranlara sertifikat təqdim edilməsi.
Tədbir çərçivəsində üzvlərə izahlı broşürlər və kitabçalar təqdim olundu. Burada təlimlərin əhatə etdiyi sahələr, iştirak şərtləri və digər vacib məlumatlar öz əksini tapdı.
Bu təşəbbüs həmkarlar ittifaqı üzvlərinin maariflənməsinə, peşəkar inkişafına və gələcək fəaliyyətlərində daha səmərəli olmalarına xidmət edəcək.






