Korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.
Korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.
Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədi ilə Xocavənd Rayon İcra Hakimiyyəti və “Mil Sosial və İqtisadi Sahələrdə Maarifləndirmə” İctimai Birliyi tərəfindən tədbir keçirilib.
29 mart 2023-cü il tarixdə təşkil olunan təlimdə Xocavənd Rayon İcra Hakimiyyəti və Mil Sosial və İqtisadi Sahələrdə Maarifləndirmə İctimai Birliyi əməkdaşları tərəfindən korrupsiya anlayışı və onun formaları, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiyaya qarşı mübarizə, həmçinin etik davranış qaydaları, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər, etik dilemmalar və onların həlli yolları, korrupsiya ilə əlaqədar müraciətlərə baxılmasının xüsusiyyətləri barədə məlumat verilib. Eyni zamanda 30 nəfər iştirakçının olduğu təlimdə korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar, korrupsiyaya qarşı mübarizənin davamlı olması, onun qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsinin xüsusi əhəmiyyəti, korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.