Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməs təlim keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinin icrası ilə bağlı bildiririk ki, qeyri hökumət təşkilatları ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə QHT-lər və rayon ərazisində fəaliyyət göstərən ictimai birliklərin nümayəndələri ilə müxtəlif mövzularda birgə tədbirlər keçilimiş , eyni zamanda Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında ictimai şuranın kollegial iclaslarında rayonda fəalliyət göstərən QHT-lər və Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın nümayəndələrinin iştirakı təmin edilmiş, Şurada qərarların qəbulu zamanı iclasda iştirak etmiş QHT üzvlərinin fikirləri nəzərə alınmışdır.
Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədi ilə Xocavənd Rayon İcra Hakimiyyəti və “Mil Sosial və İqtisadi Sahələrdə Maarifləndirmə” İctimai Birliyi tərəfindən təlim keçirilib.
18 avqust 2025-ci il tarixdə təşkil olunan təlimdə Xocavənd Rayon İcra Hakimiyyəti və Mil Sosial və İqtisadi Sahələrdə Maarifləndirmə İctimai Birliyi əməkdaşları tərəfindən korrupsiya anlayışı və onun formaları, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiyaya qarşı mübarizə, həmçinin etik davranış qaydaları, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər, etik dilemmalar və onların həlli yolları, korrupsiya ilə əlaqədar müraciətlərə baxılmasının xüsusiyyətləri barədə məlumat verilib. Eyni zamanda 30 nəfər iştirakçının olduğu təlimdə korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar, korrupsiyaya qarşı mübarizənin davamlı olması, onun qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsinin xüsusi əhəmiyyəti, korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.






