Şriftin ölçüsü :

Saytın rəngi :

 "Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları" mövzusunda tədbir keçirilib.

19 dekabr 2023 | 15:19
   "Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları" mövzusunda tədbir keçirilib.
  19 dekabr 2023-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin iclas zalında Dövlət qulluqçularının etik davranış qaydaları və "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatı və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçuları iştirak etmişdir.
  Tədbirə giriş sözü ilə başlayan Baçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmasl şöbəsinin müdiri Azər Süleymanov tədbir iştirakçılarını salamlayaraq, tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirdi ki, vicdanlı və mədəni davranış, loyallıq, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydaları və bu prinsiplərə əməl olunması hər birimizin vəzifə borcumuzdur. Bütün bunlarla yanaşı dövlət qulluğunun nüfuzunun artırılması, dövlət orqanlarına və dövlət qulluqçularına vətəndaşların etimadının yüksəldilməsi, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması və digər etik mövzularla bağlı təbliğat işi daha da təkmilləşdirilmiş, dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi işi davam etdirilmiş, dövlət qulluqçularının qeyri etik davranışı barədə şikayət etmək imkanlarının genişləndirilməsinə tamamilə şərait yaradılmışdır.
  Tədbirdə vətəndaşlarla nəzakətli, səbirli və məsuliyyətli davranılmasına riayət edilməsinin zəruriliyi vurğulanmışdır. Eyni zamanda Azər Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə imkan yaradır. Azər Süleymanov korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin mütəmadi xarakter almasını, ictimai müzakirələrin təşkil edilməsinin, eləcə də tibb və təhsil işçiləri arasında antikorrupsiya davranış modelinin formalaşdırılmasının vacib olduğunu vurğulayaraq qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və zəruri tədbirlərin davam etdirilməsini bildirmişdir.
  Daha sonra Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmasl şöbəsinin aparıcı məsləhətçisi Asim Rüstəm qanunvericilik aktlarından danışaraq dövlət qulluğunun Azərbaycan Respublikasının Konstitusiyası, "Dövlət qulluğu haqqında" Qanun və digər normativ hüquqi aktlarla tənzimləndiyini qeyd etdi. O idarəçilik, dövlət qulluğunda kateqoriyalar, etik davranış prinsipləri, mövcud standartlar haqqında tədbir iştirakçılarına məlumat verdi. Etik davranış qaydaları sahəsində beynəlxalq qanunvericiliyinin mövcudluğunu qeyd edən Asim Rüstəm dövlət qulluqçuları üçün etik davanış qaydaları haqqında qanunda vicdanlı davranış, loyallıq, ictimai etimad, maraqların toqquşması, əmlakdan istifadə, mədəni davranış və digər prinsiplərin oduğunu bildirib və bu prinsiplər haqda ətraflı məlumat verib. Daha sonra Asim Rüstəmin çıxışında korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınması, korrupsiyaya qarşı rayon komissiyasının əlaqədar qurumlar və yerli özünüidarəetmə orqanları ilə birlikdə il ərzində təhsil, səhiyyə və digər müəssisələrdə və idarələrdə antikorrupsiya davranış modelinin formalaşması, rüşvətxorluq hallarına qarşı maarifləndirmə tədbirlərinin keçirilməsi, əhali arasında korrupsiya hüquqpozmaları ilə bağlı ictimai müzakirələrin aparılması barədə iştirakçılara məlumat verilmişdir.
  Eyni zamanda qeyd edilib ki, həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş məmnunluğunun həyata keçirilməsinə diqqət artırılmalıdır.
Keçidlər