"Mədəni irsin Yaşıl dünyaya inteqrasiyası: Qarabağ nümunəsində" adlı tədbir keçirilmişdir.
05 dekabr 2024 | 17:14
"Mədəni irsin Yaşıl dünyaya inteqrasiyası: Qarabağ nümunəsində" adlı tədbir keçirilmişdir.
05 dekabr 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Mədəni irsin Yaşıl dünyaya inteqrasiyası: Qarabağ nümunəsində" adlı tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, idarə, müəssisə və təşkilatların, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər. Tədbirin məqsədi Qarabağın zəngin maddi mədəni irsinin ekoloji dayanıqlıq prinsipləri ilə əlaqələndirilməsini təmin etmək, onun bərpası və qorunması prosesində ekoloji yanaşmanın vacibliyini vurğulamaq, həmçinin Qarabağın mədəni irsinin yaşıl inkişaf strategiyalarına inteqrasiyası üçün praktiki həll yolları təklif etmək olmuşdur.
Tədbirdə Azərbaycan Dövlət Turizm Agentliyinin "Beşbarmaq dağı"Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun elmi işçisi Anar İbrahimov geniş təqdimatla çıxış etmişdir.
Qarşılıqlı müzakirə şəklində davam edən tədbirdə Qarabağın mədəni irsinin yalnız tarixi əhəmiyyəti deyil, həm də onun ekoloji dəyərlər baxımından müasir dünya ilə əlaqəsinin göstərilərək, gələcək nəsillərə həm mədəni, həm də təbii sərvətlərin qorunması üçün strateji istiqamətlərin təqdim edilməsinin vacibliyi vurğulanıb.