“Mehriban Əliyeva ilə mədəniyyətin inkişafı və Azərbaycan Muğamı Günü” adlı tədbir keçirilib.
25 avqust 2023-cü il tarixdə Xocavənd rayon Mədəniyyət evində “Mehriban Əliyeva ilə mədəniyyətin inkişafı və Azərbaycan Muğamı Günü” adlı tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri, Xocavənd rayon MKS-in əməkdaşları və Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri iştirak edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət və incəsənət sahəsində gördüyü əvəzsiz işlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd edilib ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə keçirilən çoxşaxəli tədbirlər nəticəsində incəsənətimizin incisi olan muğam sənəti inkişaf etdirilərək dünyaya tanıdılıb. Milli irsimizin qorunub saxlanması və təbliği yolunda misilsiz xidmətləri olan Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir, şərəfli fəaliyyətində uğurlar diləyirik!