Şriftin ölçüsü :

Saytın rəngi :

Məişət zorakılığı, erkən gikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və aradan qaldırılması, narkomaniya və digər zərərli vərdişlərlə bağlı maarifləndirmə tədbirləri davam edir.

21 oktyabr 2025 | 16:13
Məişət zorakılığı, erkən gikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və aradan qaldırılması, narkomaniya və digər zərərli vərdişlərlə bağlı maarifləndirmə tədbirləri davam edir.
Xocavənd rayon məktəblərində Rayon İcra Hakimiyyətinin və Rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbirləri davam edir. Növbəti tədbir Tuğ kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirildi. Xocavənd Rayon Polis Şöbəsinin rəisi Xəyyam Mirhüseynovun da iştirak etdiyi görüşdə məişət zorakılığı, narkomaniya, eləcə də digər zərərli vərdişlər, erkən nikahlar, qohum nikahlar, təhsildənyayınma hallarının yolverilməzliyi, nizam-intizam qaydalarına riayət edilməsinin zəruriliyi bir daha diqqətə çatdırıldı, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Keçidlər