Şriftin ölçüsü :

Saytın rəngi :

Məişət zorakılığı ilə bağlı tədbir keçirilmişdir.

08 iyun 2022 | 16:46
   Məişət zorakılığı ilə bağlı tədbir keçirilmişdir.
  8 iyun 2022-ci il tarixdə 146 ailəlik Xocavənd qəsəbəsində fəaliyyət göstərən Qaradağlı kənd tam orta məktəbində Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamıyla təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq tədbir keçirilmişdir. Tədbir çərçivəsində iştirakçılara Məişət zorakılığından bəhs edən video rolik nümayiş etdirilmişdir. Sonra Xocavənd Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Nicat Şirinov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasında həyata keçirilən təsirli tədbirlərə baxmayaraq, məişət zorakılığı dünyanın bir çox ölkələrində olduğu kimi ölkəmizdə də problem olaraq qalmaqdadır. N.Şirinov qeyd etmişdir ki, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi, bu məqsədlə beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun yaradılması və məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının potensialının artırılması tələb olunur. Natiq Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın qeyd olunan məqsədlərə nail olmaq üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulayıb. Tədbirdə Rayon Gənclər və İdman idarəsinin rəisi Aslan Quliyev “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları barədə iştirakçılara ətraflı məlumat vermişdir. A.Quliyev habelə məişət zorakılığına qarşı mübarizə və gender bərabərliyinin müxtəlif aspektləri ilə bağlı bir sıra digər sənədlərdə, o cümlədən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda da mühüm vəzifələrin təsbit edildiyi nəzərə çatdıraraq, ölkəmizdə məişət zorakılığı və onun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır. Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Asim Rüstəm çıxış edərərək qeyd etmişdir ki, məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Asim Rüstəm məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsinin dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biri olduğunu qeyd etmişdir. Sonda məktəbin müəllim və şagirdlərininin fikirləri dinlənilmiş onları maraqlandıran suallar cavablandırılmışdır.
Keçidlər