Şriftin ölçüsü :

Saytın rəngi :

“Məişət zorakılığı və narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib

08 oktyabr 2026 | 17:29

“Məişət zorakılığı və narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

8 oktyabr 2026-cı il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Məişət zorakılığı və narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirdə məişət zorakılığının qarşısının alınması, ailə dəyərlərinin qorunması, insan hüquq və azadlıqlarına hörmətin təşviqi, eləcə də narkomaniyanın cəmiyyətə vurduğu zərər və bu təhlükəli vərdişə qarşı mübarizənin gücləndirilməsi məsələləri müzakirə olunub. Tədbirdə çıxış edən İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Şirinov və digər iştirakçılar məişət zorakılığının fəsadları, ailədaxili münasibətlərdə qarşılıqlı hörmət və anlayışın əhəmiyyəti, narkomaniyanın insan sağlamlığına və cəmiyyətin gələcəyinə mənfi təsirləri barədə fikirlərini bölüşüblər.Çıxışlarda xüsusilə gənclər arasında sağlam həyat tərzinin təbliğinin, narkomaniyaya qarşı maarifləndirmə tədbirlərinin genişləndirilməsinin, ailə institutunun möhkəmləndirilməsinin və məişət zorakılığına qarşı ictimai həssaslığın artırılmasının vacibliyi vurğulanıb.Qeyd olunub ki, bu kimi sosial problemlərin qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin davamlı aparılması, aidiyyəti qurumlar və ictimaiyyət arasında əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam edib, məişət zorakılığına və narkomaniyaya qarşı mübarizədə birgə fəaliyyətin və ictimai məsuliyyətin vacibliyi diqqətə çatdırılıb.

Keçidlər