Şriftin ölçüsü :

Saytın rəngi :

 “Məişət zorakılığı və ona qarşı mübarizə hər bir cəmiyyətin ümdə vəzifəsidir” mövzusunda tədbir keçirilmişdir

02 noyabr 2023 | 15:44

    “Məişət zorakılığı və ona qarşı mübarizə hər bir cəmiyyətin ümdə vəzifəsidir” mövzusunda tədbir keçirilmişdir.

  02 noyabr 2023-cü il tarixdə Xocavənd Rayon Mərkəzi Xəstəxanası, Xocavənd Rayon İcra Hakimiyyəti və Xocavənd Rayon Polis Şöbəsi  əməkdaşlarının iştirakı ilə “Məişət zorakılığı və ona qarşı mübarizə hər bir cəmiyyətin ümdə vəzifəsidir” mövzusunda silsilə tədbirlər keçirilmişdir. Çıxışlar zamanı qeyd olunmuşdur ki,  dünyanın bütün ölkələrində olduğu kimi cəmiyyətimizdə də   məişət  zorakılığı  hallarının mövcudluğu  hüquqi  müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Bildirilib ki, ona görə də məişət  zorakılığı və ya  ailədə zorakılıq halları tək bir  ailə üçün yox, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Odur ki, məişət zorakılığı probleminin  həlli obyektiv yanaşma,analitik tədbirlərin həyata keçirilməsini tələb edir.    Bu baxımdan bütün vətəndaşların, xüsusilə yeniyetmə və gənclərin məişət zorakılığı hallarından qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilibdir. Çıxış edənlər Xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdıraraq, vurğulayıblar ki, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi və bu məqsədlə beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun yaradılması vacib amillərdəndir.  Bu baxımdan, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”  hazırlanması və həyata keçirilməsi vacib amilllərdəndir.
 

Keçidlər