“Məişət zorakılığının doğurduğu fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
09 dekabr 2024 | 17:19
Gender əsaslı zorakılığa qarşı 16 Günlük Fəallıq kampaniyası çərçivəsində “Məişət zorakılığının doğurduğu fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
09 dekabr 2024-cü il tarixdə Gender əsaslı zorakılığa qarşı 16 Günlük Fəallıq kampaniyası çərçivəsində “Məişət zorakılığının doğurduğu fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini, Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Əfsanə xanım Quliyeva çıxışı zamanı ölkəmizdə ailə institunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının mühafizəsi, gender bərabərliyinin təmin olunması istiqamətində qanunlar, islahatlar və dövlət proqramlarına əsasən yaradılmış gender komissiyanın fəaliyyətindən və məişət zorakılığı, zorakılıq qurbanlarına dəstək mexanizmindən ətraflı bəhs edilmişdir. Məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində tədbir iştirakçıları ilə maarifləndirici söhbətlər aparmışdır. Daha sonra RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məslətçisi Məmləkət İbrahimova məişət zorakılığı ilə bağlı hazırlanmış təqdimatla çıxış edərək qeyd etdi ki, məişət zorakılığı müasir cəmiyyət üçün böyük ictimai bəladır, bununla mübarizənin faydalılığı məişət zorakılığı qurbanlarının hüquqi və sosial sahələrdə mühafizə vasitələrinin mövcudluğundan asılıdır. Qadınları bütün növ zorakılıqlardan qorumaq və qadınlara qarşı zorakılığın qarşısını almaq, cinayət törədənləri məsuliyyətə cəlb etmək, qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvinə dəstək olmaq, qadınlar və kişilər arasında bərabərlik prinsipini inkişaf etdirmək hər birimizin vəzifəsinə çevrilməlidir. Sonda tədbir iştirakçıların diskusiyası ilə davam edib.