Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəb psixoloqları ilə görüş keçirilib

14 oktyabr 2025 | 16:11

Məktəb psixoloqları ilə görüş keçirilib.

14 oktyabr 2025-ci il tarixdə Salakətin kənd tam orta məktəbində məktəb psixoloqları ilə görüş keçirilib. Tədbirdə  bildirilib ki, məktəb tədris və tərbiyə müəssisəsidir, vətəndaş yetişdirən bu müəssisədə psixoloqlar vacib rol oynayır, hazırda məktəb psixoloqlarının üzərinə çox böyük yük düşür. İstənilən sosial mühitdə psixoloji yardıma ehtiyacı olan insanlar mövcuddur. Uşaqlar və yeniyetmələr də həssas qruplara daxildir. Məktəb psixoloqlarının başlıca vəzifələri psixoprofilaktik və psixodiaqnostik iş prosesində təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədi ilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq etməkdir. Tədbirdə iştirak edən psixoloqlar maarifləndirici tədbirlərin keçirilməsi, valideyn komitələri ilə iş, sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı mübarizə, sosial şəbəkələr və onlardan istifadə, şagirdlərdə iradi-psixoloji keyfiyyətlərin formalaşdırılması və gücləndirilməsi istiqamətində görüləcək işlər barədə ətraflı məlumat verib.
 

Keçidlər