Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəb psixoloqları ilə görüş keçirilmişdir.

03 iyun 2022 | 09:40
   Xocavənd Rayonu İcra Hakimiyyətində məktəb psixoloqları ilə görüş keçirilmişdir. Görüşü başçının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva açmışdır. O bildirmişdir ki, məktəbin tədris və tərbiyə müəssisəsi olduğunu və vətəndaş yetişdirdiyini nəzərə alsaq, psixoloqların təhsil prosesində nə qədər əhəmiyyətli rol oynadığını və onların üzərinə çox çətin, məsuliyyətli iş düşdüyü danılmazdır. Məktəb psixoloqu bütün şagirdlərlə, valideynlərlə, xüsusi hallarda pedaqoji heyətlə də işləyən "rəhbər işçi” sayılır. Şagirdlərin əqli-psixoloji sağlamlığına məsuliyyət daşıyır. Əfsanə Quliyeva nitqində məktəblərdə baş verən xoşagəlməz halları diqqət mərkəzinə çəkmiş, bu cür halların baş verməməsi üçün məktəb psixoloqlarının üzərinə çox böyük yük düşdüyünü vurğulamışdır.
   Tədbirdə çıxış edən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Həsənov Orxan nitqində bildirmişdir ki, istənilən sosial mühitdə psixologiyası zəif və psixoloji yardıma ehtiyacı olan insanlar mövcuddur. Bu sinifdən olan şəxslərin cərgəsində ən təhlükəli, eyni zamanda yardıma ehtiyacı olanlar uşaqlar və yeniyetmələrdir. Çünki bu yaşlarda yaranan zədələr gələcək illərdə daha böyük fəsadlara səbəb ola bilər. Orxan Həsənov "Təhsil müəssələrində psixoloji xidmətin təşkili qaydaları" haqqında məktəb psixoloqlar ilə müzakirə açmış, psixoloqlar düşüncə və təkliflərini görüşdə ifadə etmişlər. Sonda görüşün təşkilatçıları tərəfindən məktəb psixoloqlarına məktəblərdə psixoloji işin təşkili barəsində tövsiyyələr verilmişdir.
Keçidlər