Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblərdə sağlam və rasional qidalanma mövzusunda tədbir keçirilmişdir.

24 sentyabr 2025 | 16:37

     Məktəblərdə sağlam və rasional qidalanma mövzusunda tədbir keçirilmişdir.

   Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı çərçivəsində əhali, xüsusilə uşaqlar və həssas qruplar arasında qida təhlükəsizliyi və sağlam qidalanma mövzusunda maarifləndirmə tədbirləri həyata keçirilir. Tədbir zamanı şagirdlərə sağlam qidalanma haqqında geniş məlumatlar verilmişdir. Həmçinin, qeyri-düzgün qida rasionun qurulmasının bədənimizdə nə kimi fəsadlar törədə biləcəyi, hansı xəstəliklərə yol aça biləcəyi barədə, həmçinin, sağlam qidalanmanın insan bədəninə müsbət təsirləri, qidaların hansı vitamin və minerallarla daha zəngin olmasından bəhs edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamının 10.12.3, 10.12.4 və 10.12.5-ci bəndlərinə əsasən: Qida məhsullarının konservləşdirilməsi, saxlanması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması istiqamətində əhali arasında təşviqat işləri aparılır. Bu, qida ilə bağlı sağlamlıq risklərinin azalmasına və təhlükəsiz qida istehlakının təmin olunmasına xidmət edir. Sağlam və rasional qidalanma mövzusunda təşviqat işləri həyata keçirilir. Məqsəd insanlarda düzgün qidalanma vərdişlərinin formalaşdırılması, balanslı və müxtəlif qida rasionunun təşviqi, sağlam həyat tərzinin dəstəklənməsidir. Xüsusi həssas qruplar, xüsusilə uşaqlar, hamilə qadınlar və digər risk qrupu daxil olan şəxslər üçün sağlam qidalanmanın təmin edilməsi üzrə tədbirlər görülür. Bu istiqamətdə xüsusi pilot layihələr icra olunur, məktəblərdə maarifləndirmə dərsləri və praktiki fəaliyyətlər təşkil edilir. Məktəblərdə keçirilən bu tədbirlər uşaqların sağlam qidalanma vərdişlərini artırmaqla yanaşı, onların gələcəkdə sağlam həyat tərzi seçmələrinə dəstək olur. Eyni zamanda, əhali arasında qida təhlükəsizliyi ilə bağlı məlumatlılığın yüksəldilməsi, qida məhsullarının düzgün saxlanması və istifadəsi barədə maarifləndirmə işlərinin aparılması təmin edilir.

Keçidlər