“Məktəbli kimyaçılar” Xocavənddə
13 yanvar 2025 | 12:31
“Məktəbli kimyaçılar” Xocavənddə.
13 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi” çərçivəsində qalib elan edilmiş Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbinin kimya müəllimi Əlizadə Suqranın rəhbərlik etdiyi “Məktəbli kimyaçılar” adlı layihənin Xocavənd rayon seçim turu təşkil edildi. Seçim turunda VII-VIII sinif şagirdlərindən ibarət 8 komanda iştirak etdi. Gərgin mübarizənin sonunda Xocavənd rayon Tuğ kənd 1 saylı tam orta məktəbin “Karbon” komandası 1-ci, həmin məktəbin “Azot” və Qaradağlı kənd tam orta məktəbin “Oksigen” komandası 2-ci yeri tutaraq finala vəsiqə qazanıblar.