"Milli dövlətçiliyin möhkəmlənməsi Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz " mövzusunda dəyirmi masa keçirilmişdir.
18 iyun 2022 | 09:33
"Milli dövlətçiliyin möhkəmlənməsi, Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz " mövzusunda dəyirmi masa keçirilmişdir.
İyunun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Xocavənd rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmlənməsi: azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın əməkdaşları Cəfərsadiq Cəfərli, Bəhrəm Ədalətoğlu, Elvin İbrahimov, Xocavənd RİH başçısının müavini Əfsanə Quliyeva, dini işin təşkilatçısı Nicat Şirinov, Gənclər və İdman idarəsinin rəisi Aslan Quliyev, YAP-ın Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlarda ölkəmizdə mənəvi dəyərlərimizin qorunması və inkişafında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edilib. Azərbaycançılıq ideologiyası və onun mahiyyəti haqqında məlumat verilərək bildirilib ki, bu ideologiyanın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən böyük uzaq görənliklə qoyulub və bu gün də xalqımız bu ideologiya ətrafında sıx birləşib. Daha sonra milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışılıb.