Milli maraqlar və həmrəylik
14.11.2022-ci il tarixdə Qaradağlı kənd tam orta məktəbində Milli maraqlar və həmrəylik mövzusunda tədbir keçirilmişdir. Tədbirdə çıxış edən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məmləkət İbrahimova çıxış edərək bildirdiki,m illi maraqlarımız və mənəvi dəyərlərimiz bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərmiş, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynamışdır. Azərbaycan xalqının bir millət kimi formalaşması və milli dövlət qurmasının əsas amillərindən biri zəngin mənəvi dəyərlər sisteminə malik olmasıdır. Azərbaycanın ən yeni tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin şahidi oluruq. Ulu öndər Azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişafı və tərəqqisi üçün işıqlı yolun təməlini qoymuşdur. Bu yanaşmanın məntiqi nəticəsi kimi biz geridə qoyduğumuz 44 günlük Vətən müharibəsində multikulturalizm siyasətinin dövlətimiz üçün nə qədər gərəkli olduğunu gördük. Ali Baş Komandan İlham Əliyev tərəfindən uzun illər aparılmış məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi 44 günlük aktiv müharibədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək tarixi zəfərə nail olduq. Ölkə rəhbəri İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapdı. Cənab Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti Vətən müharibəsində möhtəşəm Qələbənin əldə olunmasında mühüm rol oynadı və qazanılmış bu Qələbə ölkədə milli birliyi daha da gücləndirdi. İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yerdə fədəkarlıq, qəhrəmanlıq göstərərək, vətən uğrunda şəhid olmuşlar, Azərbaycan bayrağı altında döyüşmüş, qəhrəmanlıq nümunələri göstərərək, doğma torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü bərpa ediblər.