Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılması” mövzusunda tədbir keçirilib

01 noyabr 2023 | 10:31

“Milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılması” mövzusunda tədbir keçirilib
  Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən 1 noyabr 2023-cü il tarixdə “Milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılması” mövzusunda tədbir keçirilib. Keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, fəal gənclər, gənc müəllimlər iştirak ediblər. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçının müavini Əfsanə Quliyeva müzakirə edilən mövzunun aktuallığını qeyd edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Xocavənd rayonunda həyata keçirilən genişmiqyaslı işlər barədə danışıb.

  RİH əməkdaşı A.Rüstəm sosial şəbəkələr və vətəndaş cəmiyyəti, sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri, milli maraqlarımıza zidd və dini radikalizmi təbliğ edən sosial şəbəkə istifadəçilərinə qarşı mübarizə tədbirləri, eləcə də milli maraqlarımızın müdafiə olunmasında sosial şəbəkələrin imkanları və təsiri haqqında iştirakçıları ətraflı məlumatlandırıb.
  Çıxış edənlər milli maraqların müdafiə olunmasında gənclərin üzərinə daha böyük vəzifələrin düşdüyünü, eləcə də sosial şəbəkələr üzərindən müstəqil və qüdrətli dövlətimizin maraqları naminə anti-Azərbaycan çağırışları edən radikal qüvvələrə qarşı mübarizə aparmağın olduqca əhəmiyyətli olduğunu vurğulayaraq fəaliyyət göstərdikləri və təhsil aldığı müəssisələrdə bu istiqamətdə təbliğat işləri aparacaqlarını bildiriblər.

Keçidlər