Milli Məclisin deputatı Polad Bülbüloğlu Xocavənd qəsəbəsində vətəndaş qəbulu keçirib
25 iyun 2026 | 09:22
Milli Məclisin deputatı Polad Bülbüloğlu Xocavənd qəsəbəsində vətəndaş qəbulu keçirib.
Qəbulda Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın şöbə müdirləri və rayon sakinləri iştirak edib.Qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşülüb, onların müraciət və təklifləri dinlənilib. Dinlənilmiş müraciətlər qanunamüvafiq qaydada həll olunması məqsədi ilə qeydiyyata alınaraq nəzarətə götürülüb.
Vətəndaşlar qəbuldan məmnunluqlarını ifadə edərək ölkəmizdə həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə ölkə başçımız cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.






