“Milli Qurtuluşdan Zəfərə doğru” adlı tədbir keçirildi.
14 iyun 2022 | 10:42
Xocavənd Rayon İcra Hakimiyyəti və Kürdəmir Regional Mədəniyyət idarəsi Xocavənd rayon Mədəniyyət evinin təşkilatçılığı Ağcabədi rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iştirakı ilə “Milli Qurtuluşdan Zəfərə doğru” adlı tədbir keçirildi. Tədbir iştirakçıları öncə Ulu öndərin həyat və fəaliyyətinə, Şuşa ilınə həsr olunmuş sərgi ilə tanış oldu.
Tədbirdə Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi, tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü barədə ətraflı məlumat verildi. Bildirildi ki, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Qeyd olundu ki , bu il Azərbaycan xalqı Qurtuluş Gününü fərqli əhval-ruhiyyə ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Ulu Öndər Heydər Əliyevin Azərbaycanı bütöv görmək arzusu gerçəkləşib...
Tədbir maraqlı konsert proqramı ilə davam etdi.