Mingəçevir şəhərində məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir
13 iyun 2024 | 12:31
Mingəçevir şəhərində məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir. 13 iyun 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Mingəçevir şəhərində məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir. Qəbul zamanı vətəndaşların problemləri ayrı-ayrılıqda dinlənilib, bir sıra məsələlər yerində həll olunub və digərlərinin həlli məqsədilə isə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək nəzarətə götürülmüşdür.