Şriftin ölçüsü :

Saytın rəngi :

Mülki müdafiə tədbirlərinin gücləndirilməsi mövzusunda tədbir keçirilmişdir

19 dekabr 2022 | 17:08

  19 dekabr2022-ci il tarixdə 500 ailəlik Xocavənd qəsəbəsi Rayon İcra Hakimiyətinin iclas zalında Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Mülki müdafiənin təşkili, planlaşdırılması və nöqsanların aradan qaldırılması mövzusunda tədbirkeçirilib. TədbirdəXocavənd Rayon İcra Hakimiyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, Mülkü müdafiə qərargahının rəisi Sevindik Hüseynov,  Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional MərkəzininMülki müdafiə tədbirlərinin planlaşdırılmasi şöbəsinin rəisi mayor ElçinRəcəbov, həmin şöbənin baş zabiti İntiqam Mikayılov və Rayon İcra Hakimiyyətinin,  idarə, müəssisə və təşkilatların əməkdaşlarıqəsəbə,kənd inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, Mülkü müdafiə qərargahının rəisi Sevindik Hüseynov ilk öncə qonaqları salamlamış və iştirakçılara xoş arzularını çatdırmışdır. Natiq çıxışında mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin artırılması, əhalinin baş verə biləcək fövqəladə hadisələrin təsirindən qorunması, belə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinin təşkilinin vacibliyini qeyd etmişdir.Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Mülki müdafiə tədbirlərinin planlaşdırılmasi şöbəsinin rəisi mayor Elçin Rəcəbovmülki müdafiənin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydası”ndan, mülki müdafiə tədbirlərinin vaxtında və keyfiyyətli icra olunmasından, bu sahədə insanların mütəmadi olaraq  maarifləndirilməsindən söz açmışdır. Daha sonra çıxış edənlər, ümumtəhsil müəssislərində mülki müdafiə günləri  keçirilməsinin  və bu hazırlıqlara nəzarətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, mülki müdafiə ilə bağlı tədbirlər planları Fövqəladə Hallar Nazirliyinin aidiyyəti regional mərkəzləri ilə razılaşdırılaraq hazırlanmalı və həyata keçirilməlidir.

Keçidlər