Şriftin ölçüsü :

Saytın rəngi :

"Multikulturalizmin Azərbaycan modeli ” mövzusunda təbliğat görüşü keçirilmişdir.

24 oktyabr 2023 | 17:19

  24 oktyabr 2023-cü il tarixdə Salakətin kənd tam orta məktəbində "Multikulturalizmin Azərbaycan modeli ” mövzusunda təbliğat görüşü keçirilmişdirSalakətin kənd tam orta məktəbinin direktoru Rəmziyyə Aslanova çıxışı zamanı qeyd etmişdir ki, özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələrdəndir. Ölkəmizdə bu sahədə bərqərar olan münasibətlər təsdiq edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin yaşam tərzi olub. Bu gün isə reallıq odur ki, artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək kimi ölkəmizdəki çoxsaylı fərqli etnik qrupların sülh şəraitində yaşamasına, bərabərhüquqlu fəaliyyətinə tam zəmin yaradır. Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir.

     Heydər Əliyev siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən ölkəmiz artıq dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir. Xalqımızın sahib olduğu multikultural dəyərlərin dünyaya təqdim edilməsində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük əməyi var. Heydər Əliyev Fondunun fəaliyyətində multikulturalizm və tolerantlıq məsələləri başlıca yer tutmaqla yanaşı, həm də artıq Azərbaycan hüdudlarını aşır və Vatikandan Asiyaya, Şərqdən Afrikayadək böyük bir coğrafi arealı əhatə edir. Azərbaycan dövləti öz ərazisində məskunlaşan bütün xalqların mehriban və dostluq şəraitində birgə yaşayışının, onların inkişafının, adət və ənənələrinin qorunmasının təminatçısıdır.

  Tədbirdə məktəbin müəllimləri “Multikulturalizm və Azərbaycan”, “ Azərbaycanda Multikulturalizm və tolerantlıq”, “Multikulturalizm və adət-ənənələrimiz”, mövzusunda məruzələrlə çıxışlar edilmişdir.

Keçidlər