"Narkomaniya bəşəriyyətin bəlasıdır”mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
27 oktyabr 2023 | 09:43
"Narkomaniya bəşəriyyətin bəlasıdır”mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
27 oktyabr 2023-cü il tarixdə Rayon Mədəniyyət evində "Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, həmçinin sui-istifadəsi ilə əlaqədar mübarizəni gücləndirilmək məqsədilə keçirilən tədbirdə "Regional Gender Mərkəzi" İctimai Birliyinin əməkdaşları da iştirak etmişlər. Giriş sözü ilə tədbiri Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini Nicat Şirinov açaraq, müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verdi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş yeni 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından danışdı və ətraflı məlumat verdi.
Tədbirdə digər çıxış edənlər Respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər.