“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.
9 aprel 2026-cı il tarixdə Beyləqan rayon Xaçınabad kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbində “Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Şirinov bildirdi ki, Narkomaniya təkcə bir fərdin problemi deyil, bu, cəmiyyətin sağlamlığına, gələcəyinə və inkişafına ciddi təhlükə yaradan qlobal bir bəladır. Gənclər hər bir xalqın gələcəyidir. Sağlam, savadlı və məqsədyönlü gənclik isə güclü dövlətin təməlidir. Məhz buna görə də narkomaniya ilə mübarizədə gənclərin rolu danılmazdır. Biz yalnız təhlükənin qarşısını almaqla kifayətlənməməli, həm də sağlam həyat tərzini təşviq etməliyik.
Əziz gənclər, ilk növbədə, hər biriniz öz həyatınıza qarşı məsuliyyət hiss etməlisiniz. Narkotik maddələrə “yox” demək güclü xarakterin və sağlam düşüncənin göstəricisidir. Unutmayaq ki, bir yanlış addım həyatımızı geri dönməz şəkildə dəyişə bilər. Eyni zamanda, biz bir-birimizə dəstək olmalı, ətrafımızda risk altında olan insanlara biganə qalmamalıyıq. Maarifləndirmə işləri, sosial layihələr və ictimai fəallıq bu mübarizədə ən güclü vasitələrdəndir. Texnologiyanın inkişaf etdiyi bu dövrdə sosial şəbəkələrdən də düzgün istifadə edərək narkomaniyanın zərərləri haqqında məlumat yaymaq, gəncləri sağlam həyata təşviq etmək mümkündür. Hər bir paylaşım, hər bir təşəbbüs bu mübarizəyə töhfədir.
Sonda qeyd etmək istəyirəm ki, narkomaniyaya qarşı mübarizə yalnız dövlət qurumlarının işi deyil. Bu, hər birimizin – xüsusilə də gənclərin üzərinə düşən ümumi məsuliyyətdir. Gəlin sağlam gələcək naminə birlikdə mübarizə aparaq, düzgün seçim edək və başqalarına da nümunə olaq.






