Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib

19 sentyabr 2025 | 11:06
Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomaniyaya qarşı mübarizə üzrə komissiyanın və Xocavənd Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Rayon Mədəniyyət evində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Yeniyetmə və gənclərin iştirakı ilə keçirilən toplantıdakı məruzə və çıxışlarda ölkəmizdə bu bəlaya qarşı mübarizənin dövlət siyasəti səviyyəsinə qaldırıldığı vurğulanıb.
Görüşdə çıxış edən RPŞ-nin rəisi Xəyyam Mirhüseynov narkomaniyanın səbəb olduğu problemlərdən danışaraq məktəblilərə dəyərli tövsiyələr verib.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkotiklərin insan sağlamlığına vurduğu zərərləri əks etdirən videoçarx nümayiş etdirilib.
Keçidlər