Şriftin ölçüsü :

Saytın rəngi :

"Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

23 aprel 2024 | 11:16

  23 aprel 2024-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Xocavənd rayon Azəri məhəlləsi mədəniyyət evi, Xocavənd kənd mədəniyyət evi və 1saylı kitabxana filialının birgə təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
  Tədbirdə gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olmaları ilə bağlı zəruri tövsiyələr verərək narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmağın vacibliyi vurğulanıb. Bidirilib ki,
“Narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Əsrimizin bəlasına çevrilən, "ağ ölüm" adlandırılan narkomaniya ilə mübarizə dövlətimizin və cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdəndir. Gənclərin iştirakı ilə keçrilən maarifləndirici görüşlərin başlıca məqsədi gəncləri bu bəladan uzaq tutmaqdır. Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqı və mənəvi dəyərləri sarsıdan, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıyıq.

Keçidlər