"NƏ? HARADA? NƏ ZAMAN?" intellektual oyun turniri təşkil olunmuşdur.
12 oktyabr 2024 | 15:25
"NƏ? HARADA? NƏ ZAMAN?" intellektual oyun turniri təşkil olunmuşdur.
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə keçirilən "Qarabağ irsinin intellektual oyunlar vasitəsilə təbliği" layihəsi çərçivəsində Xocavənd və Beyləqan rayonlarında 9-11 ci siniflər arasında "NƏ? HARADA? NƏ ZAMAN?" intellektual oyun turniri təşkil olunmuşdur. Turnirin Xocavənd rayonu üzrə seçim turunda Salakətin kənd tam orta məktəbi, Qaradağlı kənd tam orta məktəbi, Tuğ kənd tam orta məktəbi və Xocavənd rayonu 4 saylı tam orta məktəbin şagirdlərindən ibarət ümumilikdə 10 komanda iştirak etmişdir. 5 komandanın finala vəsiqə qazandığı seçim turunu Salakətin kənd tam orta məktəbinin şagirdlərindən ibarət "İŞIQ" komandası birinciliklə başa vurmuçdur. 10-12 oktyabr tarixlərində baş tutmuş layihənin əsas məqsədi xüsusilə böyük qayıdış prosesinin başlandığı bu dönəmdə Qarabağın bərpası və dirçəldilməsində gənclərin rolunu artırmaq və onları bu uğurda çalışmağa stimullaşdırmaqdan ibarətdir. Bununla yanaşı, Qarabağın tarixi, mədəniyyəti, folkloru və s. barədə gənclər və yeniyetmələr arasında maarifləndirmə işinə də xidmət etmişdir. Layihə iştirakçılar tərəfindən yüksək qiymətləndirilməklə bərabər rayon ictimaiyyəti tərəfindən də bəyənilmişdir. Layihə rəhbəri Çingiz Quliyev gələcəkdə bu sahədə daha çox içlər görməyə təşəbbüs göstərəcəyini bildirmişdir.