Şriftin ölçüsü :

Saytın rəngi :

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Xocavənd rayon birinciliyi keçirilib

14 aprel 2026 | 16:03

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Xocavənd rayon birinciliyi keçirilib.

Orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Xocavənd rayon birinciliyi keçirilib.

Tədbir Xocavənd Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Beyləqan rayon Xaçınabad kənd 4 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.

Yarışın məqsədi gənclərin intellektual səviyyəsini və dünya görüşünü artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, elmin nüfuzunu yüksəltmək və onların zehni inkişafını stimullaşdırmaq olub. Ümumi yarışda 7 komanda iştirak edib.

İntellektual oyunun nəticələrinə əsasən:

I yer- Xaçınabad kənd 4 nömrəli tam orta ümumtəhsil məktəbinin “Unudulmazlar” komandası.

II yer- Beyləqan şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbinin “Xarıbülbül” komandası.

III yer- Xaçınabad kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbinin “Paradoks” komandası.

Keçidlər