“Nəciblik və paklıq timsalı” mövzusunda tədbir keçirilib.
27 aprel 2023 | 10:10
Görkəmli alim, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə “Nəciblik və paklıq timsalı” mövzusunda tədbir keçirilib
Kürdəmir Regional Mədəniyyət İdarəsi Xocavənd rayon Mədəniyyət evi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə görkəmli alim, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə “Nəciblik və paklıq timsalı” mövzusunda tədbir keçirilib. Tədbirdə akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçməsindən, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr verməsindən bəhs edilib. Bildirilib ki, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Bu gün də Zərifə Əliyeva haqqında söhbət düşəndə, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür - gün yoldaşı, fədakar ana obrazı görürük.