Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbul keçirilmişdir

15 aprel 2024 | 15:03

15 aprel 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Bakı şəhəri Nərimanov rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir. Qəbul zamanı müraciətlər əsaslandırılmış şəkildə cavablandırılıb, araşdırılması tələb olunan məsələlərlə bağlı isə aidiyyəti üzrə tapşırıqlar verilib.

Keçidlər