Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbul keçirilmişdir

17 mart 2025 | 09:04
Bakı şəhəri Nərimanov rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbul keçirilmişdir.
17 mart 2025-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Bakı şəhəri, Nərimanov rayonunda Xocavənd rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, aidiyyəti idarə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan danışaraq, bu uğurların xalqımızın ən ümdə arzularının gerçəkləşməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. Eyvaz Hüseynov həmçinin bildirib ki, ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Azərbaycan Respublikasında vətəndaş amilinin dövlət siyasətinin başlıca istiqaməti kimi bütün sahələrdə əsas götürülməsi dövlət başçısının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda daim hiss olunur. İcra başçısı 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmizin və zəfərimizdən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə aparılan nəhəng quruculuq işlərinin məhz dövlətimizin başçısının uğurlu siyasi kursunun bəhrəsi olduğunu xüsusi vurğulayıb. Natiq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bütün bunlar, ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Aparılan bu siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır.
Eyvaz Hüseynov diqqətə çatdırıb ki, ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Xocavənd rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır. Başçı bildirib ki, belə qəbulların keçirilməsində başlıca məqsəd bölgələrdə vətəndaşların müraciətlərinə daha səmərəli baxılması, onların həlli istiqamətində optimal qərarların verilməsi və vətəndaş məmnunluğunun təmin edilməsidir.
Daha sonra natiq, ölkə rəhbərləyi tərəfindən məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərdən danışaraq, yaxın zamanda digər keçmiş məcburi köçkünlər kimi Xocavənd rayon sakinlərinin də öz doğma yurdlarına qayıdacaqlarını diqqətə çatdırdı. Əhalini düşündürən problemlərin yerindəcə araşdırılması və həlli ilə bağlı operativ tədbirlərin görülməsi məqsədi ilə keçirilən görüşdə çıxış edən sakinlər ölkə başçısının həyata keçirdiyi islahatlar kursunu dəstəklədiklərini və müdafiə etdiklərini bildirdilər.
Keçidlər