Nərminə Muradlının yeni işə keçməsi münasibəti ilə tədbir keçirilib
06 yanvar 2026 | 09:26
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunun məsləhətçisi (dəftərxana işinin aparıcısı) Nərminə Muradlının yeni işə keçməsi münasibəti ilə tədbir keçirilib.
06 yanvar 2026-cı il tarixdə Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunun məsləhətçisi (dəftərxana işinin aparıcısı) Nərminə Muradlının yeni işə keçməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətin başçısı Eyvaz Hüseynov Nərminə Muradlını yeni işə keçməsi münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıb. Başçı Nərminə xanımı əmək fəaliyyəti dövründə vicdanla, qüsursuz xidmət etdiyini, ona tapşıralan bütün vəzifələrin öhdəsindən layiqincə gəldiyini və rəhbərlik tərəfindən göstərilən etimadı daim doğrultuğunu qeyd etmişdir.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının Sərəncamı ilə “Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif edilmiş Nərminə Muradlı ona göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir.






