Növbəti könüllü qrupuna sertifikatlar təqdim olunub
07 noyabr 2025 | 17:28
Növbəti könüllü qrupuna sertifikatlar təqdim olunub.
Xocavənd Rayon İcra Hakimiyyəti "Könüllülük fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini genişləndirib.
Rayonda könüllülük fəaliyyətinə 2019-cu ilin mart ayından başlanılıb. Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşularaq müxtəlif sosial bacarıqlarını göstərirlər.
Rayon icra hakimiyyətində təcrübə keçən könüllülərin növbəti qrupuna sertifikat verilib. İndiyə qədər 61 könüllü sertifikat alıb.
Könüllülər gündəlik iş proseslərində aktiv şəkildə iştirak ediblər. Onlar çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, rayon icra hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.






