Növbəti səyyar qəbul 26 yanvar 2024-cü il tarixdə 320 ailəlik Xocavənd qəsəbəsində olub.
26 yanvar 2024 | 09:41
Növbəti səyyar qəbul 320 ailəlik Xocavənd qəsəbəsində olub.
26 yanvar 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 320 ailəlik Xocavənd qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanları və aidiyyəti idarə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi qəbulda vətəndaşların təklifləri və onları narahat edən problemlər dinlənilib. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.