Novruz bayramı münasibətilə Şəhid ailələrinin ziyarəti davam edir
Novruz bayramı münasibətilə Şəhid ailələrinin ziyarəti davam edir. Vətən torpaqlarının azadlığı və ərazi bütövlüyünün təmin edilməsində öz canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi hər zaman dərin ehtiramla yad edilir. Elə bu məqsədlə Novruz bayramı ərəfəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin ailələri rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları tərəfindən ziyarət olunub .Görüşlərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, barələrində xoş təəssüratlar danışılıb. Vurğulanıb ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.