Şriftin ölçüsü :

Saytın rəngi :

“Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

15 oktyabr 2026 | 15:53

Xocavənd Rayon İcra Hakimiyyətində “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib. Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva tədbirdə çıxış edərək müasir dövrdə mövcud olan təhlükəsizlik çağırışları fonunda əhalinin mühafizəsinin təmin edilməsinin, fövqəladə hallara hazırlaşma səviyyəsinin yüksəldilməsinin və profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, nüvə və digər kütləvi qırğın silahlarının mümkün tətbiqi zamanı yarana biləcək risklərin və ikinci zədələyici amillərin (dağıntılar, texnogen qəzalar, yanğınlar, subasma və epidemioloji təhlükələr) təsirinin minimuma endirilməsi məqsədilə müvafiq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər davamlı olaraq həyata keçirilir.Tədbir çərçivəsində iştirakçılara fövqəladə hallar və fəlakətlər zamanı doğru davranış qaydaları,fərdi və kollektiv mühafizə vasitələrindən effektiv istifadə yolları,əhalinin vaxtında xəbərdar edilməsi və təxliyə tədbirlərinin təşkilati mexanizmləri,təhlükəsizlik normalarına ciddi əməl olunmasının həyati əhəmiyyəti barədə ətraflı məlumat verilib.Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar geniş cavablandırılıb və müvafiq struktur bölmələrinə maarifləndirmə işlərinin yerlərdə davam etdirilməsi tapşırılıb.

Keçidlər