Onur Hüseynli Fibonacci Avrasiya Robot Çempionatında I yerin qalibi olub
20 aprel 2025 | 15:19
Milli Qəhrəmanımız İbad Hüseynovun oğlu Onur Türkiyənin Antalya şəhərində keçirilən 13 fərqli ölkənin iştirak etdiyi Fibonacci Avrasiya Robot Çempionatında ölkəmizi təmsil edərək I yerin qalibi olub. Onuru və komanda yoldaşların təbrik edir, yeni nailiyyətlər arzulayırıq.