Şriftin ölçüsü :

Saytın rəngi :

Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi ilə bağlı tədbir keçirilmişdir.

16 dekabr 2022 | 16:40

   16 dekabr  2022-ci il tarixdə Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi ilə bağlı tədbir keçirilmişdir. Xocavənd  Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbir Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın  4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədi daşıyıb.

  İclasda Xocavənd RİH-nin məsul işçiləri,  dövlət idarələri və ictimai xidmət təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət işçiləri həmkarlar ittifaqlarının rayon komitələrinin nümayəndələri və müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

  İclas Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Azər Süleymanovun sədrliyi ilə keçirilib. Xocavənd RİH-nin başçısı Eyvaz Hüseynovun adından iştirakçılara salamlarını çatdırdıqdan sonra Azər Süleymanov bildirib ki, peşə və sahə assosiasiyaların yaradılması sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, sahibkarların maraqlarının müdafiəsi baxımından çox əhəmiyyətlidir. 

  Digər çıxış edənlər də, rayonda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsinin vacibliyini qeyd edib, müxtəlif mülahizələr irəli sürüblər. İclasda diqqətə çatdırılıb ki, sahibkarlara öz fəaliyyət göstərdikləri istiqamətlərdə tələb olunan ixtisaslı işçilərin hazırlanmasında Dövlət Məşğulluq Agentliyi vasitəsilə də müvafiq köməkliklər olunur. Rayon ərazisində müxtəlif sahələr üzrə fəailiyyət göstərən sahibkarlar tərəfindən  assosiasiyaların yaradılması üçün Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən qanunamüvafiq dəstək göstəriləcəkdir.

Keçidlər