Şriftin ölçüsü :

Saytın rəngi :

Qanvermə aksiyası keçirilib.

23 sentyabr 2024 | 17:39
    Qanvermə aksiyası keçirilib.
   23 sentyabr 2024- cü il tarixində Xocavənd Rayon İcra Hakimiyyəti və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Hemofiliya, talassemiya və leykimiya xəstəliklərindən əziyyət çəkən uşaq və yeniyetmələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qismən də olsa qarşılamaq məqsədilə Xocavənd qəsəbəsində qanvermə aksiyası keçirilmişdir. Aksiyaya könüllü qoşulan vətəndaşlar arasında müxtəlif yaş qurupuna aid insanlar iştirak ediblər. Aksiyada Xocavənd Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon ictimaiyyətinin və gənclərin nümayəndələri aktiv şəkildə iştirak edərək qan vermişlər. Səhər saatlarından başlayan aksiyada xüsusi tibbi briqadanın həkimləri tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən yoxlanılıb.
  Sonda qanvermə aksiyasını yüksək səviyyədə təşkil etdiyinə görə Mərkəzi Qan Bankı tərəfindən Xocavənd Rayon İcra Hakimiyyətinə təşəkkür edildi.
Keçidlər