“Qarabağ sən azadsan!” adlı yaddaş saatı keçirildi.
01 noyabr 2022 | 10:43
01 noyabr 2022-ci il tarixdə Beyləqan Tarix-Diyarşünaslıq Muzeyində "Qarabağ sən azadsan!” adlı yaddaş saatı keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, rayon ümumtəhsil məktəblərinin müəllimləri, məktəblilər iştirak etdilər.Əvvəlcə vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Xocavənd Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Nicat Şirinov çıxış edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə 2020-ci ilin sentyabrında başlanmış 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti haqqında ətraflı məlumat vermişdir. N.Şirinov çıxışı zamanı qeyd etmişdir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaradıb. Natiq gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində müəllimlərin eləcə də valideyinlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayraq, hər bir müəllimin valideyinin ali məqsədinin uşaqlara təhsil, elm verməklə yanaşı, həm də onları yetkin bir vətəndaş kimi yetişdirmək, onlarda vətənə, torpağa sədaqət, lazım gələrsə, Vətən yolunda şəhidliyə hazır olmaq ruhunu aşılamaqdan ibarət olduğunu qeyd etmişdir.
Tədbirin sonunda M.İsgəndərova şagirdləri maraqlandıran suallara cavab vermiş və təşkilatçılara təşəkkür və səmimi arzularını bildirmişdir.