"Qarabağın tarixi" esse müsabiqəsinin 1-ci turunun nəticələri elan edilmişdir.
11 dekabr 2024 | 14:19
Qarabağ Regional Təhsil İdarəsinin təşkil etdiyi "Qarabağın tarixi" esse müsabiqəsinin 1-ci turunun nəticələri elan edilmişdir.
Nəticələrə əsasən Xocavənd rayonu Tuğ kənd 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Məmmədli Nuray Mürsəl qızının "Qarabağın tarixi - qədim Tuğ məktəbi" esse yazısı mümkün 5 baldan maksimum qiymət alaraq Şuşa şəhərində təşkil ediləcək yekun tura vəsiqə qazanmışdır.
Şagirdimizi bu münasibətlə təbrik edir, final turunda uğurlar arzulayırıq!