Qaradağ rayonu Müşfiqabad qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir.
15 may 2025 | 09:01
Rayon rəhbəri Qaradağda məskunlaşan rayon sakinlərinin müraciətlərini dinləyib.
15 may 2025-ci il tarixində Qaradağ rayonu Müşfiqabad qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Aparatın əməkdaşları, Qaradağ rayonunda məskunlaşan rayon sakinləri iştirak etmişdir.
Görüşdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirdi ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan özünün zəngin və coxəsrlik tarixi ərzində ən xoşbəxt günlərini yaşayır.
Sakinlərin fəallığı ilə keçən görüşdə vətəndaşların çıxış və müraciəti dinlənildi, onlar son vaxtlarda Qarabağda və Şərqi Zəngəzurda aparılan abadlıq və quruculuq işlərinə, həmçinin onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə etdilər.
Qəbul zamanı həmçinin Respublika Fənn Olimpiadasında Kimya fənni üzrə bürünc medala sahib olan Əda Əliyeva, məktəb rəhbərliyi və fənn müəllimi başçının Fəxri Fərmanı ilə təltif edilib.